“QARABAĞ” BU GÜN KONFRANS LİQASINDA İKİNCİ MATÇINA ÇIXIR

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində ikinci matçına çıxacaq.

Ağdam təmsilçisi H qrupunda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Matç bu gün Nikosiya şəhərində Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qrupun digər matçında “Bazel” (İsveçrə) “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” ilk turda Bakıda “Bazel”lə 0-0 oynamışdı. İlk turdan sonra qrupdakı hər dörd komanda bir xal toplayıb.