XANKƏNDİDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB

Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti görüntülər yayıb.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.