SABAH BAKIDA 31, BƏZİ RAYONLARDA İSƏ 32 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda aprelin 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 27-32° isti, dağlarda gecə 7-12°, gündüz 18-23° isti olacaq.