“VAHİD ELEKTRON ARXİV” İNFORMASİYA SİSTEMİ HAQQINDA ƏSASNAMƏ” TƏSDİQLƏNİB

“Vahid elektron arxiv” informasiya sistemi haqqında “Əsasnamə” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Milli Arxiv İdarəsi “Vahid elektron arxiv” informasiya sisteminin aparılması, fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Milli Arxiv İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.