ÜMUMİ ORTA TƏHSİL BAZASINDAN KOLLECLƏRƏ QƏBUL OLANLARIN QEYDİYYATI DAVAM EDİR

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunan abituriyentlərin portal.edu.az vasitəsilə elektron qeydiyyatı davam edir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsi üzrə qeydiyyatı avqustun 23-ü saat 18:00 dək davam edəcək. Bunun üçün abituriyentlər https://portal.edu.az/ platformasında yaratdıqları kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.