UKRAYNA NEZ-LƏRİNƏ BU İL 43 MİN TON AZƏRBAYCAN NEFTİ NƏQL EDİLİB

Bu ilin yanvar-avqust aylarında “Ukrtransnafta” Səhmdar Cəmiyyəti 10,3 mln. ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,3% çoxdur.

Bu barədə SC-nin rəsmi açıqlamasında bildirilir.

Xüsusilə, ilin ilk səkkiz ayı ərzində Ukrayna neft emalı zavodları (NEZ) üçün 1,7 mln. ton negt nəql edilib, tranzit neftinin həcmi isə 8,6 mln. tona bərabər olub. Bu, ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 12,2% və 7,5% üstələyir.