TUXEL 2021-Cİ İLİN ƏN YAXŞI BAŞ MƏŞQÇİSİ SEÇİLİB

İngiltərənin baş məşqçisi Tomas Tuxel Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

Mükafatlandırma mərasimi təşkilatın mənzil-qərargahında onlayn-formatda keçirilib.

Qeyd edək ki, almaniyalı mütəxəssisin rəhbərliyi altında “Çelsi” 2021-ci ildə Çempionlar Liqası və Avropa Super Kubokunun qalibi olub.