BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA MİNİFUTBOL ÜZRƏ AZƏRBAYCAN MİLLİ KOMANDASINI TƏBRİK EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində minifutbol üzrə Azərbaycan milli komandasını Avropa çempionatında qazandığı qələbə münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”