TÜRKMƏNİSTANDA AZƏRBAYCANIN KULİNARİYA NÜMUNƏLƏRİ TƏQDİM EDİLİB

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.

Ölkəmizin Türkmənistandakı səfirliyindən bildirilib ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.

Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.