MİLLİ MƏCLİS PREZİDENT İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Milli Məclis 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyib.