TÜRKİYƏDƏ RƏCƏB TAYYİB ƏRDOĞANLA ANGELA MERKELİN GÖRÜŞÜ KEÇİRİLİR

Almaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə səfər edib.

Tərəflərin İstanbul şəhərində görüşü keçirilir.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, Liviya, Suriya, Əfqanıstan kimi regional məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2005-ci ildən Almaniya kansleri olan Angela Merkel bu ilin sentyabr ayında keçirilmiş parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılmasına qədər vəzifələri icra edəcək.