AZƏRBAYCANIN İQTİSADİ ARTIM PROQNOZLARI AÇIQLANIB

Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 3,2 faiz olacağını proqnozlaşdırırıq.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

“2027-ci ildə isə iqtisadi artımın 3,2 və qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz təşkil edəcəyini proqnozlaşdırırıq”, – sədr vurğulayıb.