TOİVO KLAAR: Aİ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜNÜN KEÇİRİLMƏSİ İLƏ BAĞLI ERMƏNİSTAN VƏ AZƏRBAYCANIN İKİTƏRƏFLİ QƏRARINI DƏSTƏKLƏYİR

Avropa İttifaqı (A) xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarını dəstəkləyir.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və baş nazirin müavini Şahin Mustafayevlə əla görüşlər oldu. Sülh prosesinin vəziyyəti qiymətləndirildi. Sabah Gürcüstanda xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı Ermənistan və Azərbaycanın ikitərəfli qərarına Aİ-nin dəstəyi ifadə olundu”, – deyə T.Klaar bildirib.