“TƏLƏBƏ-MƏZUN” DÖVLƏT ELEKTRON MƏLUMAT SİSTEMİ QOŞULMALI OLAN DÖVLƏT ORQANLARININ SAYI ARTIRILIB – FƏRMAN

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.