SİNQAPURUN DÖVLƏT BAŞÇISI PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB ÜNVANLAYIB

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.