MÖVLUD ÇAVUŞOĞLU: TÜRKİYƏ FƏLƏSTİNLİ DİNC SAKİNLƏRİN MÜDAFİƏSİ ÜÇÜN BEYNƏLXALQ QÜVVƏLƏRİN YARADILMASINI TƏKLİF EDİR

Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.

Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:

“Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasına məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərinin müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasını da əhatə etməlidir”.