
Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün komissiya yaradıb.
Bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Komissiyanın rəhbəri vitse-spiker Ziyafət Əsgərov, üzvləri isə Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayevadır.
