MALAYZİYA AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNƏ SİLAHLI HÜCUMU KƏSKİN ŞƏKİLDƏ PİSLƏYİB

Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bu barədə Malayziyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd etməkdə öz qəti mövqeyini bir daha təsdiqləyir və bu mənfur hücumun günahkarlarının tezliklə məsuliyyətə cəlb edilməsinə çağırır.

Malayziya bu hadisə nəticəsində həlak olan şəxsin ailəsinə, eləcə də Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.

Malayziyanın Tehrandakı səfirliyi hadisələri yaxından izləyir və ən son təhlükəsizlik yeniləməsi üçün yerli hakimiyyət orqanları ilə fəal əlaqə saxlayır”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.