LEYLA ƏLİYEVA İNSTAQRAM HESABINDA BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA İLƏ BAĞLI VİDEO PAYLAŞIB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında anası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə bağlı video paylaşıb.

Videogörüntülərdə birinci xanım Mehriban Əliyevanın uşaqlıq, gənclik illərini, eləcə də ictimai-siyasi fəaliyyətini özündə əks etdirən fotolar yer alıb.