KAYA KALLAS AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

Bu gün Kaya Kallas İrəvanda Avropa Siyasi Birliyinin iclasında iştirak edir.

O, İrəvandan sonra Azərbaycana səfər edəcək.

Məlumata görə, mayın 5-də Kaya Kallas Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.