
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.
