PREZİDENT QURBAN QURBANOVU “DOSTLUQ” ORDENİ İLƏ TƏLTİF EDİB

Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.