GÜRCÜ SƏRHƏDÇİLƏRİ DAĞLIQ QARABAĞ ZONASINA ŞİN APARAN YÜK MAŞINLARININ QARŞISINI ALIB

Sentyabrın 28-də axşam saatlarında gürcü sərhədçiləri Gürcüstan-Ermənistan sərhədində Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb.

Gürcüstanın cənubundakı Axalkalaki və Ninotsminda rayonlarında yaşayan etnik ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni əsgərlərinə şin, ərzaq məhsulları və dərman yola salmağa çalışıb.