“GÜNAY SIĞORTA” ASC-NİN LİSENZİYASI LƏĞV EDİLİB

Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Sığorta” ASC-nin lisenziyasını ləğv edib.

AMB-nin məlumatında bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 2008-ci 14 avqust il tarixli lisenziya ləğv olunub.