MEHRİBAN ƏLİYEVA 9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ PAYLAŞIM EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”.