FATMA SƏTTAROVA “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLDİ – SƏRƏNCAM

Prezident İlham Əliyev Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.