ELM VƏ TƏHSİL NAZİRLİYİNİN ÇAĞRI MƏRKƏZİNİN YENİ FƏALİYYƏT İSTİQAMƏTİ İSTİFADƏYƏ VERİLİB

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.

Nazirlikdən bildirilib ki, vətəndaşlar 146–0–10 nömrəsi ilə əlaqə yaratmaqla Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.