EKVADORDA HELİKOPTERİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ 8 NƏFƏR HƏLAK OLUB

Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb.

“Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir”, – bəyanatda deyilir.

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.