DUARTE PAÇEKO: AZƏRBAYCAN HAQQINDA DANIŞANDA XÜSUSİ ŞƏXSİYYƏT KİMİ HEYDƏR ƏLİYEVİ QÜRURLA QEYD EDƏ BİLƏRİK

Xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir. Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik.

Bunu Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ona təşəkkür etməlidir.

“Sizin iqtisadiyyatınızın gücülü ölması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuzua malikdir.

Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əminamanlıq dəyrlərinə nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü. Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz və mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım”, – deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.