DTX-NİN ƏMƏKDAŞLARI “HEYDƏR ZİRVƏSİ”NƏ YÜRÜŞ TƏŞKİL EDİBLƏR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

Bu barədə DTX-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyənləşdirilmiş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər.