BRİTANİYALI NAZİR: BİRLƏŞMİŞ KRALLIQ AZƏRBAYCANIN YAXIN VƏ ETİBARLI TƏRƏFDAŞIDIR

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Birləşmiş Krallığı Azərbaycanın yaxın və etibarlı tərəfdaşı adlandırıb.

Bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib. Nusrat Qani Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov ilə görüşüb. Nazir bildirib ki, onlar COP29-u, regionda davamlı sülhü təmin etmək səylərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nusrat Qani Bakıya səfər etməyi səbirsizliklə gözlədiyini də qeyd edib.