BOLQARISTANDA SİLAH ZAVODU PARTLAYIB – ÖLƏN VAR

Bolqarıstanın Kazanlık şəhərində silah zavodunda partlayış baş verib.

Partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində zavodun bir işçisi həlak olub.

Qeyd olunur ki, insident zavodun hazır məhsullar saxlanılan anbarında baş verib.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb olunub.