BAKIDA GÜCLÜ ŞİMAL-QƏRB KÜLƏYİ ƏSİR, GƏDƏBƏYDƏ QAR YAĞIR – FAKTİKİ HAVA

Yanvarın 22-si saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Hazırda küləyin sürəti arabir 25-30 metr/saniyəyə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.