AZİZ SANCAR: QARABAĞ ZƏFƏRİ TÜRKİYƏNİN QURTULUŞ SAVAŞINDAN SONRA TÜRK DÜNYASININ ƏN BÖYÜK VƏ ƏN ÖNƏMLİ ZƏFƏRİDİR

Mənim üçün Qarabağ müharibəsi, Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük və ən önəmli zəfəridir.

Bunu Nobel mükafatçısı Aziz Sancar mətbuat konfransında çıxışı zamanı deyib.

“Buna görə böyük sevinc hissi yaşadım və 44 gün müddətində prosesləri izlədim. Şuşa tarixinə görə türk dünyasının mədəniyyət mərkəzi kimi qəbul edilir. Özümə əhd etmişdim ki, Şuşa azad olunan ora gedib, namaz qılacağam. Çox şükür ki, bu arzum gerçəkləşdi”, deyə Aziz Sancar qeyd edib.