AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA 28 SƏRHƏD DİRƏYİ QURAŞDIRILIB

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.

Hər iki dövlətin ekspert qruplarının işi davam edir.