
2027-ci ildən başlayaraq ümumi orta və tam orta təhsil pillələri üzrə keçiriləcək buraxılış imtahanlarında xarici dil fənni üzrə şagirdlərdən minimum 100 sözdən ibarət paraqraf yazılması tələb ediləcək.
Bu yenilik Dövlət İmtahan Mərkəzinin yaydığı açıqlamada öz əksini tapıb.
Bildirilib ki, məsələ Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsi üzrə xarici dil fənləri üçün yenilənmiş imtahan modelinin təqdimatı zamanı xüsusi olaraq diqqətə çatdırılıb.
