AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ: MÜLKİ ƏHALİ VƏ MÜLKİ İNFRASTRUKTUR OBYEKTLƏRİ HƏDƏFƏ ALINMIR

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – deyə nazirliyin məlumatında bildirilib.