AZƏRBAYCAN DİLİ ÜZRƏ TEST İMTAHANININ NƏTİCƏLƏRİ ELAN OLUNDU

Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün mayın 3-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.