AZƏRBAYCAN BAKIDAKI DÜNYA KUBOKUNDA 43 ATICI İLƏ TƏMSİL OLUNACAQ

Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq

Bu barədə Azərbaycan Atcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış öncəsi təşkil olunan mətbuat konfransında deyib.

O, bu cür mötəbər turnirə 8-ci dəfə ev sahibliyi etməyin xoşbəxtlik olduğunu bildirib: “İdmançılarımız beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ümid edirəm ki, bu yarışda da öz sözlərini deyəcəklər”.

Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.