ANAR İBRAHİMOV ALİ MƏCLİS SƏDRİNİN MÜAVİNİ SEÇİLİB

Hazırda Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.

Sessiyada Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov yekdilliklə Ali Məclis sədrinin müavini seçilib.

Qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.

Sessiya davam edir.

İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.