AKROBATİKA GİMNASTİKASI ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ VƏ BAKI ÇEMPİONATI BAŞA ÇATIB

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

İki gün davam edən yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı medallar uğrunda mübarizə aparıb.

Gimnastlar balans, temp və qarışıq hərəkətlər proqramında qüvvəsini sınayıblar.

Çempionatın sonunda balacalar (2009-2018-ci il), uşaqlar (2008-2013-cü il), yeniyetmələr (2006-2012-ci il), gənclər (2005-2010-cu il) və böyüklər (2009-cu il və daha böyük) yaş kateqoriyalarında qalib gələn idmançılara medal və diplomlar təqdim edilib.