Aİ-NİN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanda səfərdədir.

Bu barədə T.Klaar öz “Twitter“ səhifəsində yazıb.

O, Bakıda bir sıra vacib görüşlər keçirəcəyini qeyd edib.