AZƏRBAYCAN ATLETİ İTALİYADA KEÇİRİLƏN QRAN-PRİDƏ UZUNLUĞA TULLANMADA İKİNCİ YERƏ SAHİB ÇIXIB

Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən Qran-Pridə uzunluğa tullanma növündə 6,19 metr nəticə göstərərək ikinci yerə sahib çıxıb.
O.Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.