ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ LAÇINDA AZƏRBAYCANA AİD EKSKAVATORU ATƏŞƏ TUTUB

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Müdafiə Naizirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.