
Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Qeyd olunub ki, 5.34 km dərinlikdə qeydə alınan zəlzələ 4,9 bal gücündə olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.
