
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə britaniyalı nazir öz tviter hesabında bildirib.
“Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır. Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım”, – deyə L.Dokerti qeyd edib.
Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.
