Azad edilən ərazilərdə təbiət yasaqlıqlarının ümumi sahəsi 43 min hektardır
İşğaldan azad edilən ərazilərdə 4 dövlət təbiət yasaqlığı – Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
V.Kərimov bildirib ki, Laçın və Qubadlı ərazisindəki yasaqlıqlar ən böyükləridir:
“Onların hər birinin ərazisi 20 min hektardır. Arazboyu 2200 hektar, Daşaltı 450 hektardır. Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir. Ərazidə eyni zamanda iki dövlət təbiət qoruğu – Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda ümumilikdə mühafizə olunan 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.