MİLLİ MƏCLİSİN SƏDRİ BEYNƏLXALQ TƏŞKİLATLARI ERMƏNİSTANA TƏSİR GÖSTƏRMƏYƏ ÇAĞIRIB

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.

Milli Məclisdənin məlumatına görə, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunan tədbirdə S.Qafarova bildirib ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Milli Məclisin sədri beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.