POLAD HƏŞİMOVUN ADINI DAŞIYAN KÜÇƏDƏ ABADLIQ İŞLƏRİ GÖRÜLÜR

Sumqayıt şəhərində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə təmir işləri görülür.

İcra hakimiyyətindən bildirilib ki, abadlıq işləri çərçivəsində küçə boyunca piyada səkilərinə daş döşənir, yaşayış binalarının fasadları yenilənir.

Qeyd edək ki, bir müddət öncə küçəyə asfalt döşənib.