TÜRKİYƏ SƏFİRLİYİ AZƏRBAYCANLA DİPLOMATİK ƏLAQƏLƏRİN BƏRPASININ 31-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türkiyənin Azərbaycandakı səfirliyi Bakı ilə Ankara arasında diplomatik əlaqələrin bərpasının 31-ci ildönümü münasibətilə tviterdə paylaşım edib.

Paylaşımda deyilir:

“Ortaq qədim tarixə və köklü mədəni irsə malik olduğumuz qardaşlıq münasibətimizi bütün tərəfləri ilə “Şuşa Bəyannaməsi” ilə taclandırdığımız Can Azərbaycanla diplomatik münasibətlərin bərpasının 31-ci ildönümü mübarək! Bir millət, iki dövlət”.